Logo

Gəncədə yaşayan pravoslav xristianlar Milad bayramını qeyd ediblər  - FOTO

07.01.2023 15:25 654 baxış
IMG

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.

Sonra Aleksandr Nevski kilsəsinin dini heyəti İsa peyğəmbərin mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların da ruhuna dualar oxunub.

Xatırladaq ki, Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə məskunlaşıb.

Xəbər lenti